Suriyada yeni hökumətindən təzə qərar: konstitusiya və parlamentin fəaliyyəti 3 aylıq "dondurulub"

img

12-12-2024 [16:48]


Suriyada 61 illik Baas rejiminin devirən silahlı müxalif qüvvvələrin yeni yaratdığı hökumət konstitusiya və parlamentin fəaliyyəti ilə bağlı qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, ölkə konstitusiyası və parlamentinin fəaliyyəti 3 ay müddətinə "dondurulub".

Bu müddətə qədər ölkədəki bütün məsələlərlə bağlı yalnız Baş nazirin ofisinin qərarı qanuni qüvvəyə malik olacaq: "Bununla yanaşı, bu müddətdə Konstitusiyanı araşdırmaq və ona düzəlişləri təqdim etmək üçün məhkəmə və insan hüquqları komitəsi yaradılacaq".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR