Mübariz Mənsimovun “Billionaire Club”u bağlandı

img

23-07-2014 [15:49]


Türkiyədə yaşayan azərbaycanlı milyarder, gəmiçilik və neft daşımaları maqnatı Mübariz Mənsimov yasa batıb.

Virtualaz.org saytı Türkiyə saytlarına istinadən xəbər verir ki, Türkiyə hökumətinin İsrailin Qəzzada apardığı və çoxsaylı mülki şəxsin həlak olması ilə müşaiyət olunan hərbi əməliyyatları ilə bağlı ölkədə üç günlük yas elan etməsinə görə yeddiulduzlu istirahət və əyləncə mərkəzini bağlayıb.

Xəbərə görə M.Mənsimovun Palmarində yerləşən Əyləncə adasındakı "Billionaire Club” üç gün müştərilərə xidmət etməyəcəyini elan edib. Bodrumda yerləşən digər istirahət məkanları və restoranlar isə sadəcə olaraq musiqinin səsini yavaşıtmaqla kifayətləniblər.

Kurort bölgəsindəki gecə klubları isə əyləncə proqramlarını ixtisar ediblər. Həmçinin çimərliklərdəki açıq diskotekalarda şən mahnıların səsləndirilməsi dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA