Sneyder və Vlar vura bilmədi, Argentina finala çıxdı (Video)

img

10-07-2014 [06:39]


Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olub.

Mia.az xəbər verir ki, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Pemaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina millisi finala yüksəlib. Hollandiya millisində Sneyder və Vların penalti zərbələri dəqiq olmayıb. Hollandların iki penaltisini isə Robben və Kuyt vurublar. 

Mia.az xəbər verir ki, Argentina millisində penaltini yerinə yetirən Messi, Qaray, Aquera və Rodrigezin zərbəsi qapı torunu silkələyib. Beləliklə Argentina 4-2 qalib gəlməklə finalda Almaniyanın rəqibi olub.

Final iyulun 13-də keçiriləcək. 

Qeyd edək ki, bu komandalar 1990-cı ildə keçirilən mundialın finalında da üz-üzə gəliblər və almanlar 1:0 hesablı qələbə ilə dünya çempionu adını qazanıb. 

Hollandiya və Braziliya yığmaları isə 3-cü yer uğrunda iyulun 12-də üz-üzə gələcəklər.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA