Seymur Baycan yazdı, AXC funksioneri ona "məxluq" dedi

img

23-07-2014 [15:47]


Yazar Seymur Baycanın "Xalq hərəkatı və xalq hərəkatının liderləri" adlı yazısı milli azadlıq hərəkatının, o cümlədən, Azərbaycan Xalq Cəbhəsinin hazırda müxalifətdə olan  üzvləri arasında narazılıqla qarşılanıb.  

 S.Baycan yazısında Azərbaycanın müstəqilliyi uğurunda mübarizə aparmış şəxsləri, xüsusilə də eks-prezident Əbülfəz Elçibəyi sərt tənqid edib.  

 "Məhz bu adamların fəaliyyəti, Elçibəyin siyasət meydanından biabırçı bir formada kəndinə qaçması sayəsində böyük arzularla yaşayan, azadlıq qışqıran, gələcəyə inanan xalq qısa müddətdən sonra sındı, əzildi, böyük ruh düşkünlüyü yaşadı... 

Mitinqlərdə, tədbirlərdə adamların onların adını qışqırmasından həzz alan müxalifət liderlərindən hansısa dəyişikliyə imza atacağını gözləmək ən azı avamlıqdı. Onlar AzTV təfəkkürü ilə yaşayırlar. Onlar uğursuz, qorxaq, prinsipsiz, tükənmiş adamlardı. Əslində ümumən götürəndə "Rəsulzadə- Elçibəy yolu” deyilən bir yolun bizim dilə tərcüməsi – bir az ara qarışan kimi ortadan yoxa çıxmaq deməkdi. Etdikləri cinayətlərə görə xalqdan üzr istəməli olan bu adamlar hələ bir utanmadan yubiley tədbirləri keçirib, xatirələr danışıb, özlərinin qəhrəman obrazını yaratmaq istəyindən əl çəkmirlər…", - deyə, S.Baycan yazıb.  

Milli Azadlıq Hərəkatının öncüllərindən biri, AXC Ali Məclisinin üzvü olmuş Aydın Şükürov S.Baycanı bu yazısına görə sərt tənqid atəşinə tutub. 

Teleqraf.com xəbər verir ki, A.Şükürov yazarı xəstə, şizofrenik adlandırıb:

 "Bu xəstə təxəyüllü məxluqu ilk dəfə bir neçə il bundan əvvəl görmüşəm, bir-iki kəlmədən sonra, mənim bu xəstə ilə görüşməyimə səbəb olan dostlarımı, mənə daha bir şizofreniki tanıtdırdıqları üçün tənbeh etdim. Allahın möcüzəsidir ki, bu məxluq o xəstə qafası ilə hələ də yaşayır. Xalq Hərəkatı haqqında yazdığı rabitəsiz, məntiqə əsaslanmayan, qərəz, kin dolu, mahiyyəti isə kimlərəsə yarınmaqdan ibarət olan bu cızmaqarasına təəccüb də etmədim. Buna nə deyəsən?! Ancaq bir-iki kəlmə: a məxluq , indi də səni hürdürüb müstəqillik mücadiləmizə-Milli Azadlıq Hərəkatına çamur atdırırlar ? Sən, təkcə mənim Vətən üçün yaşadığım bir göz qırpımında olan anı, ömrün boyu yaşamamısan və yaşamayacaqsan da! Sən axı özün Xalq üçün nə etmisən?! Sənin nə vaxtsa Xalqın xeyrinə bircə dənə olsa cəsarətli bir yazın olubmu"?


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA