Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb - Nələr müzakirə olunub? (FOTO)

img

09-12-2024 [15:24]


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayyıb.

Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA