Tbilisidə azərbaycanlı sədrlə partiya lideri dalaşıb

img

06-12-2024 [18:09]


Tbilisi məhkəməsi müxalif “Güclü Gürcüstan” partiyasının lideri Aleko Elisaşvili barədə həbs qərarı verib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorun versiyasına görə, o, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevi siyasi fəaliyyəti ilə bağlı həm sözlü, həm də fiziki olaraq təhqir edib.

Prokuror Elisaşvilinin azadlığa buraxıldığı təqdirdə yenidən cinayət törədə və şahidlərə təsir edə biləcəyini istisna etməyib.

Həbs olunan şəxsin vəkili isə iddia edib ki, əslində, Əli Babayev Elisaşvilini siyasi motivlərlə təhqir edib və onu dəmir çubuqla vurmağa cəhd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR