TFF-dən "Qalatasaray"ın çağırışına səs verildi - İlk istefa xəbəri gəldi

img

06-12-2024 [11:57]


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun canlı yayımda "Qalatasaray"ı hədəf alan açıqlamalarından sonra İstanbul klubunun onu istefaya səsləməsi gərginliyi böyüdüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr üzrə İdarə Heyətinin üzvü Əhməd Köse istefa verdiyini açıqlayıb. 

O, istefa bəyanatında TFF prezidenti İbrahim Hacıosmanoğlunu "yıxıb-sürüyüb". Bildirib ki, TFF rəhbəri postunun əxlaqına uyğun olaraq,  tərəfsizlik, şəffaflıq və hesabatlılıq prinsiplərindən uzaqlaşıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA