"Qalatasaray" klubu TFF prezidentini istefaya çağırdı

"Qalatasaray" klubu TFF prezidentini istefaya çağırdı 

İDMAN

05.12.2024, 23:09

"Qalatasaray" klubu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunu istefaya çağırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bəyanat verib.

Bəyanada TFF prezidenti İbrahim Hacıosmanoğlunun bu axşam bir televiziya kanalında verdiyi açıqlamalara istinad olunub: "Onun açıqlamaları klubumuzun son günlər dilə gətirdiyi bütün narahatlıqlarda nə qədər haqlı olduğumuzu təsdiqlədi. İbrahim Hacıosmanoğlu subyektiv, ədalətsiz və futboldan bixəbər açıqlamaları ilə qərəzsizli olduğunu tamamilə subut edib..."

Klub rəhbərliyi sonda onu istefaya səsləyib.

Fərid Aslan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR