"Kəssam Tuqayları": "İsrailin 3 tankını, bir hərbi maşınını məhv etdik"

img

04-12-2024 [23:03]


HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının şimalında İsrail əsgərlərinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Kassam Tuqayları" Telegram kanalında açıqlama yayıb.

Açıqlamada Qəzza zolağının şimalında İsrail əsgərləri və hərbi texnikalarının hədəf alındığı qeyd olunub: "Cibaliya Qaçqınlar Düşərgəsində İsrail əsgərlərini daşıyan bir avtomobil "Yasin 105" raketləri ilə vurulub. Nəticədə onlarla İsrail hərbçisi öplüb və ya yaralanıb. Bununla yanaşı, İsrailin "Merkava" tipli 3 tankı bu gün məhv edilib".

Açıqlamaya İsrail ordusundan hələlik rəsi münasibət bildirilməyib.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR