Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb

Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb

SİYASƏT

04.12.2024, 18:03

Gürcüstanda müxalif “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyan inzibati pozuntulara görə saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

N.Qvaramiyan polis əməkdaşını təhqir etdikdən sonra saxlanılıb.

Məlumata görə, Gürcüstanda müxalifət partiyalarının ofislərində axtarış “Qrup zorakılığının təşkil edilməsi, buna qatılmaq və ya zorakılığa çağırış” maddəsi ilə aparılır.

Yerli KİV-in yazdığına görə, axtarış zamanı hüquq-mühafizə orqanları “Droa” partiyasının ofisində böyük miqdarda pirotexnika və etiraz aksiyalarında istifadə edilən müxtəlif əşyalar aşkar ediblər(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR