Qadınlarda cinsi istəyi artıran meyvə

img

21-07-2014 [14:08]


İtaliyan elm adamları 18-40 yaş arasında olan qadınlar arasında araşdırma aparıb.

 

Müntəzəm olaraq alma yeyən qadınların cinsəllikdən daha çox zövq aldığı ortaya çıxıb. Almanın qadınların cinsi zövqü üzərindəki bu müsbət təsiri bu meyvənin də qırmızı şərab və şokolad kimi bol polipenol və antioksidan tərkibli olması ilə əlaqələndirilir.

 

Mütəxəssislər bu maddənin qadın cinsi orqanına qan axınını sürətləndirdiyini və buna görə də qadınların cinsəllikdən daha çox zövq almasını təmin etdiyini bildiriblər.

 

Almanın tərkibində həm də filoridzin maddəsi var və bu kimyəvi maddənin qadın cinsəlliyinə faydalı olduğu bildirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA