İlham Əliyev zavodun açılışını etdi

img

21-07-2014 [11:41]


Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakının Qaradağ rayonu ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib.


Dövlət başçısı əvvəlcə inzibati binada ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.


Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə beş min ton klinker, ildə iki milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub. Dövlət başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb. Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirildi

Xəbəri AzərTAc yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA