Millimiz İrlandiyaya məğlub olub

img

16-11-2024 [15:52]


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.

Məlumata görə, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da eyni hesabla məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?