Spikerə 4500, deputatlara 3150 manat paylandı - Azərbaycanda

img

19-07-2014 [18:45]


Milli Məclisin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb. 


Deputatlara məzuniyyətdə olduğu zaman onların müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilib. Belə ki, sıravi deputatlar 3150 manat, MM-in komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, Milli Məclis sədrinin birinci müavini 4050 manat, Milli Məclisin sədri isə 4500 manat müavinət alaraq tətilə gediblər.

Milli Məclisin payız sessiyası öz işinə sentyabr ayının 30-da başlayacaq.

qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA