Göyçayda kanala yıxılan çoban boğularaq ölüb

Göyçayda kanala yıxılan çoban boğularaq ölüb

CƏMİYYƏT

14.11.2024, 09:26

Göyçay rayonunda çoban kanalda batıb.

Hadisə Yuxarı Şirvan Su Kanalının Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Seyidov İlkin Bəhram oğlu çobanı olduğu fermanın xırdabuynuzlu heyvanlarını otararkən kanalının üzərindən keçən borunun üstünə çıxıb. O, qarşı tərəfə keçmək istəyən zaman ayağı sürüşüb və kanala yıxılıb.

Nəticədə İlkin Seyidov suda boğulub. Onun meyiti kanaldan çıxardılıb(Report).

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR