Prezident yeni avtomobil yolu ilə Mərkəzi parkın açılışını edib - FOTOLAR (Yenilənib)
07-11-2024 [13:07]
Prezident İlham Əliyev noyabrın 7-də Böyükşor–Pirşağı yeni avtomobil yolunun açılışını edib.
Mia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.
Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.
Layihəyə əsasən, yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə “U” tipli geri dönüş keçidi yaradılıb.
Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Bildirildi ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.
Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.
Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.
İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.
Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn” məscidinin mənzərəsi tam olaraq açılıb.
Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.
Hikmət Hacıyev: "Biz sülhü möhkəmləndirməliyik"
Kamran Əsədov ETN-nin "Həmkarlar"ına seçildi
"Korifeyləri teatrdan uzaqlaşdırmaq olmaz" - Afaq Bəşirqızı
Sabah yağış yağacaq
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Donald Tramp Venesuela lideri ilə telefonda danışdığını təsdiqlədi: "Bəli, onunla danışdm, ancaq..."
Şahdağ Turizm Mərkəzində yoxlama aparılıb
Lerikdə narkotik vasitə satanlar saxlanılıb
AXCP sədri Əli Kərimliyə ittiham elan olunub - Hakimiyyəti zorla ələ keçirmək və...
Binəqədi Yaşayış Kompleksində ucuz mənzillər satışa çıxdı - 1 otaq 48 min, 2 otaq 69 min manat...
İndoneziyada fəlakət: 442 nəfər ölüb, 400-dən çox itkin var
"Heç kimin ailəsini dağıtmıram" - Rəqqasə "Bizdə kişilər xəyanəti gizlədir, onlar elə "gəzməli"dir ki..." deyir
Prezident İlham Əliyev Nikuşor Dana məktub göndərib - MƏTN
Qənimət Zahidovun cinayət işi məhkəməyə göndərilib - Detallar
SOCAR-da DAHA BİR DƏYİŞİKLİK - Təhlükəsizlik İdarəsinin rəisi vəzifədən azad edilib
Polad Bülbüloğlunun oğluna vəzifə verildi - FOTO
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır
Türkiyədə sərnişin avtobusu aşdı: 2 ölü, 21 yaralı var
Prezident bu görüntüləri paylaşdı - VİDEO
İsrail hərbçiləri daha 13 fələstinlini saxlayıb
İsraildə hərbçilərə Android telefonları qadağan olundu - Bundan sonra yalnız bu telefonları işlədəcəklər
ABŞ-dakı daha bir silahlı insident: 4 nəfər ölüb, 10 yaralı var
Hakan Fidan İran XİN başçısı ilə bir arada: "Həmkarıma söz vermişəm ki..." - Ərdoğan İrana səfərə hazırlaşır
İran XİN başçısı: "Biz PKK-nın tərksilah edilməsini alqışlayırıq"
Güclü yağışlar daha bir ölkədə fəlakət yaratdı - 193 nəfər ölüb, 228 nəfər isə yoxa çıxıb
Məşhur holland furbolçu "Qalatasaray" - "Fənərbağça" derbisinə proqnoz verdi: "Ya 1-0, ya da..."
"Beşiktaş" səfərdə qalib gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Laçının işğaldan azad edilməsindən 5 il ötür
Papa XIV Leo Türkiyədən Livana gedib
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - Yaşayış massivinin bitməyən problemlərindən ŞİKAYƏT
Sabiq icra başçısı ilə Cəmil Həsənli sərbəst buraxılıblar
Cəlilabadda arvad ərini öldürüb - Açıqlama (Yenilənib)
ƏLİ KƏRİMLİ İLƏ MƏMMƏD İBRAHİM İSTİNTAQA CƏLB OLUNDU - Ramiz Mehdiyevin cinayət işi üzrə
HAKİM OLMAQ İSTƏYƏN 151 NƏFƏR İMTAHAN VERDİ
Cəmil Həsənli hava limanından geri qaytarılıb - Həyat yoldaşı isə Dubaya yollanıb, özü isə istintaqa çağırıldı
Sabah hava necə olacaq? - Proqnoz
Əli Kərimlinin köməkçisi sərbəst buraxıldı
Ədəbiyyatımızda Qulu Ağsəs dəst-xətti
Hakan Fidan: "Putin müəyyən şərtlər daxilində atəşkəsə hazırdır"
Qazaxıstan XİN Xəzər Boru Kəməri Konsorsiumuna hücumu pisləyib - Ukraynaya mesaj verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR