MMP-dən birlik çağrışı: “İqtidarlı-müxalifətli birləşmək lazımdır”

img

18-07-2014 [14:41]


Bu gün Müasir Müsavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib.Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. 

Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və son günlər İsrailin Fələstinlilərə qarşı törətdiyi cnayətlərə bütün demokratik qüvvələrin səsiz qalması qınanılıb.Müasir Müsavat Partiyasınıın sədri Hafiz Hacıyev baş verənlərin insanlığa sığmayan bir hadisə olduğunu deyib: "Artıq neçə gündür Fələstin bütün dünyanın gözü qarşısında qan içindədir.Qadınlar ,qocalar,körpə uşaqlar ağır mərmilərin darmadağın etdiyi tikintilərin dağıntıları içində çarəsiz qalıblar.Hər şey dünyanın gözü qarşısında olur.Ümid edirəm ki,beynəlxalq təşkilatlar,sülhsevər ölkələr israili tez bir zamanda durdurmağın bir yolunu taparlar.” Bundan sonra Kəlbəcərdə ermənlər tərəfindən girov götürülən və çox ağır tehqir və zorakılıqlar edilmiş həmyerlilərimizin taleyi ilə bağlı fikirlər söylənilib.Ermənlərin heç bir beynəlxalq konvensiyaya əməl etməməsini və etdiklərini içtimailəşdirməsini erməni həyasızlığı və vandalizmi adlandıran MMP-çilər ölkədə fəaliyyət göstərən və yerli-yersiz məsələlərə müdaxilə edən xarici sefirliklərin nümayəndələrinin baş verənlərə heç bir reaksiya verməmələrini qınayıblar.Ermənlərdən normal rəftar gözləməyin ağılsızlıq olduğunu deyen MMP-çilər lazım olarsa partizan dəstələri yaradıb cəbhəyə gedəcəklərini bəyan ediblər. Bundan sonra iclas iştirakşıları bir neçə gün öncə Atlantik Şurasının iclasında çıxış edən isveçli nazirin Azərbaycan hakimiyyətini qeyri səmimilikdə və və avtoritar rejim olmaqda suçlamasına etiraz ediblər. Onlar Avropanın eləcədə Qərbin demokratiya adı altında hansı çirkin siyasət yürütdüklərini və bütün dünyanı nəzarətlərinə keçirmək üçün diktator damğası vurub istəədiklərinə nail olduqlarınin artıq içtimayətə məlum olduğunu qeyd ediblər.Bu cür təxribat xarakterli və qərəzli mövqe sergileyen ölkələrə və təşkilatlara qarşı iqtidarlı-müxalifətli birləşmək lazım olduğunu deyən MMP-çilər dövlətçilik naminə hər şeyə hazır olduqlarını deyiblər Toplantının sonunda cari məsələlər müzakirə olunub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA