TDT sammiti çərçivəsində yeni sənədlər imzalanıb

img

06-11-2024 [12:45]


Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, imzalanan sənədlərdən biri də Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.

Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 07.12.2024

Sabah yağış yağacaq