Orta məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

img

06-11-2024 [11:29]


Orta məktəblərdə payız tətilinin vaxtı açıqlanıb.

Mia.az
xəbər verir ki, bu barədə Məktəbəqər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.

Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq: “Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini də nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-nə təsadüf edəcək”.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycan Respublikasında Zəfər Günü, noyabrın 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur. Hər iki bayramın qeyd olunduğu tarix ölkədə qeyri-iş günüdür.

Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün noyabrın 11-də qeyri-iş günü olacaq. Beləliklə, məktəblərdə qeyri-dərs günləri noyabrın 8-dən başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA