Ermənilər girov götürdüyü kəlbəcərlilərə yeni ittiham sürdü

img

18-07-2014 [12:41]


İşğalçı Dağlıq Qarabağ rejiminin prokurorluğu Kəlbəcərdə ermənilərin əlinə keçən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qətl ittihamı irəli sürüb. Ermənistanın "Aysor.am” saytı belə xəbər verir. 

 "Media forum” saytı bildirir ki, iyulun 17-si axşam rəsmiləşdirilən ittihama görə, iyulun 4-də Kəlbəcərdə itkin düşmüş 17 yaşlı Smbat Sakanyanı azərbaycanlılardan ibarət qrup oğurlayaraq qətlə yetirib. Smbat Sakanyanın 10 gün sonra yaşadığı kənddən xeyli aralıda tapılmış meyitində çoxlu güllə yarasının olduğu bildirilir.

Şahbaz Quliyev və Dilqəm Əsgərovdan başqa daha bir azərbaycanlının Kəlbəcərə keçdiyi xəbər verilir. Onun adı açıqlanmayıb. İddiaya görə, həm şəxs iyulun 11-də Kəlbəcər ərazisində öldürülüb. Qeyd olunur ki, azərbaycanlı ilə atışma zamanı ordunun 42 yaşlı mayoru Sərkis Abramyan həlak olub, 37 yaşlı qadın Karine Davtyan yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA