Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkdi - Dava

img

18-07-2014 [12:35]


"Neftçi"-"Koper" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qalmaqal yaşanıb. 

Fanat.az xəbər verir ki, bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib.
 
Belə ki, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Jurnalistin "Skenderbeu" gəlir "Neftçi"ni çiləyir, "Koper" gəlir "Neftçi"ni çiləyir" deməsi qalmaqalın yaranmasına səbəb olub. 

Bundan sonra əsəbləşən Böyükağa Hacıyev ayağa qalxıb. Bunun ardınca Hacıyevin oğlu Yusif Rəşad Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərərək, jurnalistə əl qaldırıb. 

Yusif zaldan çıxarılandan az sonra Hacıyevin böyük oğlu Rüstəm də otağa girməyə çalışıb. Amma Böyükağa Hacıyev ondan zalı tərk etməyi tələb edib.

Maraqlıdır ki, görəsən, Böyükağa Hacıyevin oğlu mətbuat konfransına hansı əsasla daxil olub?

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA