Rektor yola salındı, yeni təyinat oldu - AHİK sədri Qaraşovu da "vurdu" (FOTO)

img

05-11-2024 [10:55]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.

Mia.az
"Unikal"a istinadla xəbər verir ki, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.

Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.

Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR