XİN: "...dərindən kədərləndik"

img

02-11-2024 [10:38]


Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə XİN patylaşım edib: “Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”.

Xatırladaq ki, Serbiyada vağzalın damı uçub və 14 nəfər ölüb.

Bununla bağlı ölkədə bu gün matəm elan edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq