Türkiyədə PKK-ya qarşı əməliyyatlar artıb

img

30-10-2024 [16:24]


Bu gün Türkiyədə PKK Terror Təşkilatına gizli dəstək verənlərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Şirnak polisi məlumat yayıb.

Qeyd edilib ki, PKK-ya qarşı şəhər mərkəzi və ətrafında eyni vaxtda keçirilən uğurlu əməliyyatla daha 12 şübhəli şəxs tutulub: "Hazırda əməliyyat-istintaq tədbirləri davam edir".

Xatırlaadq ki, ötən həftəsonu Ankarada yerləşən hərbi zavodda PKK terror aktı törədib. Nəticədə 5 nəfər ölüb, 14 nəfər yaralanıb. Bundan sonra ölkəboyu PKK üzvlərinə qarşı fasiləsiz əməliyyatlara start verilib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA