Yusuf Yazıcı 2 ay oyuna çıxa bilməyəcək?

img

28-10-2024 [09:27]


Türkiyə millisinin hücumçusu Yusif Yazıçı Yunanıstan Superliqasında "Olimpiakos"in heyətində çıxdığı ilk oyunda şanssızlıqla üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, səfərdə "Asteras"a 1:0 hesabı ilə uduzduqları matçın 70-ci dəqiqəsində oyuna daxil olub və oyunun son dəqiqələrində kobudluqla qarşılanıb.

Məlumata görə,an 27 yaşlı futbolçu əlavə vaxtda zədələnərək oyunu davam etdirə bilməyib.

Yunan mətbuatı yazır ki, futbolçunun diz çarpaz bağı qopub və o, azı 2 ay meydandsa ola bilməyəəck.

“Olimpiakos” isə hələlik Yusuf Yazıcının zədəsi ilə bağlı rəsmi açıqlama verməyib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA