“USAİD 2.4 milyonluq layihəni qəsdən gizli aparır. 28 milyon vəsaiti eyni tipli 20 QHT veriblər”

img

16-07-2014 [16:53]


"ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın qəsdən gizlin elan edilməsi məqsədli xarakter daşıyır”. Bunu "Publika.az” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu kimi təşkilatlar indiyə qədər yalnız Azərbaycan hakimiyyətinin, dövlətinin əleyhinə olan QHT-lərlə çalışıblar: "Belə təşkilatlar xüsusilə radikal müxalifətin təsiri altında olan QHT və media qurumları ilə çalışırlar. Burada da məqsəd maraqlı olduqları məsələlərə çatmaqda Azərbaycan hakimiyyətinə birbaşa təzyiq etməkdir. Son illər ABŞ yönümlü beynəlxalq təşkilatların Azərbaycanda elan etdiyi qrant layihələrində yalnız radikal müxalifətin təsiri altında olan, özlərinə yaxın QHT-lər qalib olub. Bu yaxınlarda bunu ATƏT Parlament Assambleyasın Bakıda keçiririlən 23 cü sessiyasında ATƏT rəhbərliyi ilə Azərbaycandan fəaliyyət göstərən QHT sədrlərinin görüşündə də qeyd edildi. Onlara bunun hansı səbədən baş veridiyi sual edildi. Təəssüf ki, bu sualalra cavab verilmədi. Onların nəzərinə çadırıldı ki, son illərdə 28 milyondan artıq qrant layihələri həyata keçirdiblər bə bu layihələrinnin 80% 20 yaxın eyni QHT-lərə verilib verilib. Bu təşəkilatlar da birbaşa radikal siyasi kurs tutanlardı. Niyə məhs bu təşəkilatlara veriblər? Bircə fakt yoxdur ki, hakimiyyətin yürütdüyü siyasəti dəstəkləyən , konstruktiv mövqey tutan və ya bitərəf QHT-lər bu qrantlardan faydalansınlar. Hesab edirəm ki, bunu ABŞ-ın qəsdən edir və bu onların yeritdiyi siyasətdir”. Niyaməddin Orduxanlı əlavə olaraq bildirib ki, "Onlar radikal yönümlü QHT-lərə qrantlar ayırmaqla çalışırlar ki, lazım olan məqamda həmin təşkilatlar Azərbaycan hakimiyyətinin əleyhinə bəyanatlar versinlər, yaxud da ABŞ-ın siyasətini dəstəkləsinlər. Bu da təəssüf hissi doğurur. 2007-ci ildən QHT sədri kimi fəaliyyət göstərirəm və bu sahədə kifayət qədər təcrübəm var. Bütün bu hadisələr göz qabağındadır. Acıq şəkildə bütün qrant layihələrini özlərinə yaxın adamlara verirlər və utanmadan da özlərini "demokratıya çarçısı” adlandırlar.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA