Mütəllim Rəhimli: "Siyasətçi harada nə danışdığının da fərqində olmalıdır"

img

16-07-2014 [16:12]


"AXC Azərbaycanda demokratikləşmə prosesində mühüm rol oynayıb. Çoxlarının vaxtilə sıralarında olduğu bu təşkilat, həqiqətən, şərəfli bir yol keçib". 

Bu fikirləri mia.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, indi AXC bir çox siyasi qurumların sələfi sayılır. Buna görə də AXC haqqında fikirlər təkcə AXCP üzvləri tərəfindən deyil, bir sıra partiyaların üzvləri tərəfindən də həssaslıqla qarşılanır: "Ona görə də bu məsələdə həm ehtiyatlı olmaq, həm də həqiqəti demək lazımdır. Hamı bilir ki, müstəqilliyimizin ilk illərində indi çoxları üçün adi görünən qərarların qəbul edilməsi böyük cəsarət tələb edirdi. Cəbhəçilər isə bunun üçün həyatlarını riskə ataraq milli və demokratik dəyərlərin qorunmasında güzəştsiz mövqe tuturdular. Hazırda bir çoxları bunların nə qədər düzgün və ya səhv olması barədə mübahisə edə bilər. Amma zamanında addım atmağı bacarmaq başqa keyfiyyətlət tələb edir". 

M.Rəhimli onu da qeyd edib ki, S.Cəlaloğluna qarşı AXC-nin yubileyində göstərilən münasibət təqdir oluna bilməz. Çünki qonaq dəvət edib sonradan onu fitə basmaq yaxşı addım deyil. Bununla belə bir siyasətçi harada nə danışdığının da fərqində olmalıdır. Həm də deyilən fikirlər mübahisəlidirsə və kimlərinsə əməyinin üstündən xətt çəkməyə yönəlibsə onun səsləndirilməsi heç düzgün deyil. Məsələ bundadır ki, Sərdar bəyin inkar etməyə çalışdığı hər iki məsələnin reallığa çevrilməsində AXC-nin böyük əməyi olub. Düşünürəm ki, S.Cəlaloğluna qarşı belə münasibətə həm də ADP-nin prezident seçkilərində tutduğu mövqe də təkan verib. Görünür AXC üzvləri keçmiş həmkarlarının hakimiyyətlə işbirliyini və onları pis vəziyyətdə qoymalarını unutmayıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA