Bakıda yük avtomobili aşıb -  Yanğın-partlayış təhlükəsinin qarşısı alınıb

img

16-10-2024 [09:45]


Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəza edib, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəli yaradıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub: "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA