Rusiyada məşhur mesajlaşma proqramına qadağa qoyulub - Səbəb

img

08-10-2024 [21:58]


Rusiyada məşhur mesajlaşma proqramı "Discord"a qadağa qoyulub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyi (Roskomnadzor) qərar verib.

Qərarda göstərilir ki, mesajlaşma və sosial media tətbiqi "Discord" qanunun tələblərə cavab vermir: "Burada terrorçu və ekstremist məqsədlər üçün istifadə olunmaqla yanaşı, vətəndaşlar aldadılır, narkotik vasitələrin satışı və qeyri-qanuni məlumatların yayılmasına şərait yaradılır. Bu səbəblərə görə ölkə ərazisində bloklanmasına qərar verilib".

Açıqlamada xatırladılıb ki, ötən il "Discord" qeyri-qanuni məlumatları silmədiyi üçün məhkəmə qərarı ilə 6 milyon rubl (təxminən 62 min dollar) cərimələnib.

Xəbərə görə, "Roskomnadzor" daha əvvəl "Discord" rəhbərliyinə 947 materialı silmək üçün sorğu göndərib, lakin rədd cavabı alıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR