Nazirliklərin "qaynar xətləri" necə işləyir? - Sorğu
GÜNDƏM
07.10.2024, 13:06
Dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.
Mia.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinqinin nəticəsində məlum olub.
Bildirilib ki, günün birinci yarısında 25 mərkəzi icra hakimiyyəti orqanının hər iki kommunikasiya xətti üzrə cavab verilmiş zənglər 66.5% (300 zəng), cavab verilməmiş zənglər 33.5% (151 zəng) təşkil edib. Günün ikinci yarısında edilən zənglərin ümumi olaraq 70.3%-nə cavab verilib (317 zəng), 29.7%-nə (134 zəng) cavab verilməyib.
Stasionar nömrələrə edilən ümumi zənglərin 47.3%-i (229 zəng) cavablandırılıb, 52.7%-i (255 zəng) cavablandırılmayıb.
Ümumilikdə, qaynar xətlər üzrə cavab verilmiş zənglər 92.8% (388 zəng), cavab verilməmiş zənglər 7.2% (30 zəng) təşkil edib.
Stasionar nömrələrə günün birinci yarısında edilən zənglərin 45.0%-nə cavab verilib, 55.0%-nə cavab verilməyib. Qaynar xətlərə günün birinci yarısında edilən zənglərin 91.4%-nə cavab verilib, 8.6%-nə cavab verilməyib.
Stasionar nömrələr üzrə günün ikinci yarısında cavab verilmiş zənglər 49.6%, cavab verilməmiş zənglər 50.4% təşkil edib. Günün ikinci yarısında qaynar xətlər üzrə zənglərin 94.3%-i cavablandırılıb, 5.7%-cavablandırılmayıb.
Ədliyyə Nazirliyinin stasionar nömrələrə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib.
Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 9 saniyə, günün ikinci yarısında 53 saniyə olub.
Nazirliyin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında qaynar xəttə edilən bütün zənglərə cavab verilib.
Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 1 dəqiqə 14 saniyə, günün ikinci yarısında 46 saniyə olub.
Daxili İşlər Nazirliyinin stasionar əlaqə vasitəsinə günün birinci və ikinci yarısında edilən bütün
zənglərin mütləq əksəriyyətinə - 86.4%-nə cavab verilib, 13.6%-nə cavab verilməyib. Stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddəti günün birinci yarısı üzrə 20 saniyə, günün ikinci yarısı üzrə 27 saniyə olub.
Qaynar xətt son üç ildə yüksək operativ fəaliyyətini davam etdirərək günün birinci və ikinci yarısı üzrə bütün zəngləri cavablandırıb.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında zənglərin cavablandırılmasında orta müddət 2 saniyə olub.
Səhiyyə Nazirliyinin stasionar nömrələrinə edilən zənglərin 59.1%-nə cavab verilib, 40.9%-nə cavab
verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 11 saniyə, günün ikinci yarısında 6 saniyə olub.
Qaynar xətt üzrə zənglərin 95.5%-nə cavab verilib, 4.5%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 1 dəqiqə 6 saniyə, günün ikinci yarısı üzrə 17 saniyə olub. Göründüyü kimi, günün ikinci yarısında zənglərə daha tez cavab verilib.
Təhlillər stasionar nömrələrdən fərqli olaraq, qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərə daha tez cavab verildiyini göstərib.
Elm və Təhsil Nazirliyinin stasionar nömrələrə günün birinci və ikinci yarısında edilən zənglərə ümumiyyətlə cavab verilməyib.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 77.3%, cavabsız zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 1 dəqiqə 58 saniyə, günün ikinci yarısında 2 dəqiqə 32 saniyə olub.
Mədəniyyət Nazirliyi stasionar nömrələinə edilən zənglərin 13.6%-nə cavab verilib, 86.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 19 saniyə, günün ikinci yarısında 44 saniyə olub.
Qaynar xətt üzrə cavab verilmiş zənglər 77.3%, cavab verilməmiş zənglər 22.7% təşkil edib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 11 dəqiqə 34 saniyə, günün ikinci yarısında 8 dəqiqə 5 saniyə təşkil edib. Günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında zənglərə 3 dəqiqə 29 saniyə gec cavab verilib. Hər iki kommunikasiya xətti üzrə təhlillər stasionar nömrələrlə müqayisədə qaynar xəttə edilən zənglərə daha tez cavab verildiyini göstərib. Aparılan təhlillər nəticəsində stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xəttə edilən zənglərə daha gec verildiyi məlum olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
Bugün, 12:04 GÜNDƏM
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT
-
Klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəldi
Bugün, 11:59 İDMAN
-
Ərdoğan təlimat verdi - Super Liqa nəhənginə 100 hektar torpaq sahəsi ayrıldı
Bugün, 11:54 İDMAN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bugün, 11:21 CƏMİYYƏT
-
Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri ilə görüşüb
Bugün, 11:07 SİYASƏT
-
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun yenidən dəyişir - DETALLAR
Bugün, 10:58 CƏMİYYƏT
-
İnam Kərimov Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında - Nələr müzakirə olunub?
Bugün, 10:49 SİYASƏT
-
"Aşk-ı Memnu" serialının "Arsen Hala"sı vəfat etdi
Bugün, 10:40 MƏDƏNİYYƏT
-
Bakıda daha bir şok olay: 13 yaşlı qız hamilə çıxdı...
Bugün, 10:35 KRİMİNAL
-
Zaur Mikayılov onlara yeni vəzifə verdi - SİYAHI
Bugün, 10:35 GÜNDƏM
-
DTX-dən SENSASİYALI HƏBSLƏR: 11 nəfər qandallandı - Əməliyyat görüntüləri + VİDEO
Bugün, 10:16 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: yollarla bağlı açıqlama yayıdl
Bugün, 10:02 CƏMİYYƏT
-
Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Bugün, 09:59 YAZARLAR
-
Aras Bulut İynemli, Melis Sezen, reper Sefo... - Türkiyədə məşhur bloger, aktyor, müğənni və iş adamları narkotiklə saxlanıldı (SİYAHI)
Bugün, 09:46 MƏDƏNİYYƏT
-
Azərbaycan nefti daha bir dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İtaliya Bab əl-Məndəb boğazına donanma göndərir: "Orada əlavə tədbirlərə ehtiyac var"
Bugün, 09:12 DÜNYA
-
20 milyonluq reklam... - Türkiyəli aktrisa görkəmini dəyişdi
Bugün, 09:00 ŞOU-BİZNES
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT