AFFA iki xarici şirkətlə niyə anlaşdı, yaxud itirilmiş qızıl zamanda kimlər günahkardır? - Tahir Süleymanov elə şeylər danışdı ki... (MÜSAHBƏ)
05-10-2024 [18:28]
Mia.az tanınmış futbol funksioneri, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun “FutbolPress“ə müsahibəsini təqdim edir:
– Tahir müəllim, AFFA-da sizinlə işgüzar görüş olub. Mövzu nə idi?
– AFFA-da yeni rəhbərliyin altı ayı tamam oldu və apreldəki seçkilərdən sonra özümüz də dəstək verdik ki, təki futbolda müsbətə doğru dəyişikliklər baş versin. Lakin yeni AFFA rəhbərliyi və konkret olaraq prezidenti Rövşən Nəcəfin seçkiöncəsi platforması, strategiyası olmadığı üçün, bunun kompensasiyası kimi AFFA-nın inkişaf strategiyasının yazılması ilə bağlı qısa müddətdə iki xarici şirkətlə müqavilə bağladılar – “Double Pass” və “McKinsey & Company”. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət odur ki, yeni AFFA rəhbərliyi futbola gələn kimi İcraiyyə Komitəsində verilən bu qərarla təsdiq etdilər ki, illərdir futbol ictimaiyyəti, azarkeşlər, mətbuat, mütəxəssislərin Azərbaycan futbolunun bataqlığa sürükləndiyi ilə bağlı narazılıqları doğrudur. Azərbaycan futbolu nə vəziyyətdədir ki, görülən işlərin davamı yox, yeni strategiya lazımdır. Bu, müsbət məqamdır. Mənfi məqam nədir? Xarici şirkətlər arasında seçim edəndə yerli futbol ictimaiyyəti və mütəxəssislərlə məsləhətləşmə olmadı və dərhal qərar qəbul edildi. Aylar keçdi, xarici şirkət nümayəndələri, əsasən də belçikalılar Azərbaycana mənasız gəlib-getdilər. Bu gün də Bakıdadırlar. Təəssüf ki, aylar sonra dərk etdilər ki, belə olmaz.
– Boşluq nədədir?
– Azərbaycan futbolunun spesifikasını, ölkədə olan iqtisadi durumu, infrastruktur, maliyyə və digər məqamları bilmədən lazımı səviyyədə inkişaf strategiyası yazıla bilməz. Beləcə qızıldan qiymətli üç-dörd ay itirildi. İK-nın son toplantısında yenidən strategiya ilə bağlı müzakirələr oldu. Nə üçün? Bir ay öncə AFFA tərəfindən öz üzvlərinə, səsvermə hüququna malik dolayı üzvlərə, klublara, futbol ictimaiyyətinə müraciət edildi ki, təkliflər bildirilsin. Buna uyğun olaraq, Bakı Futbol Federasiyasının prezidenti, ölkə futbolunda böyük təcrübəyə sahib olan biri kimi AFFA-ya təklif və rəylərimi göndərdim.
“Bəzi klublar məsələyə biganə yanaşdılar, bəziləri heç təkliflər irəli sürmədilər”
– Yazılı formada?
– Təbii ki.
– Təxminən nə vaxt verdiniz?
– Bir ay əvvəl. Bu məsələ ictimailəşməsə də, dəqiqliklə bilirik ki, bir çox üzv qurumlar, futbola aid təşkilatlar və bəzi klublar məsələyə biganə yanaşdılar, bəziləri heç təkliflər irəli sürmədilər.
– Təəccüblüdür, niyə?
– Əslində, təəccüblü deyil. Kimlərin təklif və rəyləri verib-vermədiyini sual olaraq AFFA-ya ünvanlamaq lazımdır ki, açıqlasınlar.
– Əslində hamı buna cəhd etməliydi, canla-başla ideyalar, təkliflər verilməliydi. Deməli, proses doğru getmir…
– Bir tərəfdən doğru getmir, digər tərəfdən futbol strukturunda olan və müxtəlif sahələrə rəhbərlik edən bəzi şəxslər qorunur. Söz və əməl, buna uyğun atılan addımlar üst-üstə düşmür.
– AFFA-da?
– Həm AFFA-da, həm də futbol strukturlarında. Təkliflər irəli sürülüb, ölkə futbolunun durum bəllidir, 40 bənddən ibarət təkliflər irəli sürdüm.
– Bura nələr daxildir?
– İnfrastruktur, maliyyə ilə bərabər çıxış yollarından tutmuş uşaq futbolu, klublar. Demək olar, futbola aid bir çox məsələlər öz əksini tapıb. Əvvəlki suala qayıdaq. Niyə bizimlə bu gün görüşüldü? Qeyd etdim ki, bəzi qurumlar, klublar açıqlanmasa da, dəqiq bilirik ki, təklif irəli sürməyiblər. Və ya bəsit – 1-2, 3-5 bənddən ibarət təkliflər olub. Dolğun təkliflər bizdən və digər bəzi qurum və şəxslər tərəfindən irəli sürülüb. Qeyd etdiyim kimi, son İK toplantısında bu məsələ müzakirə olunanda bildirilib ki, yerli mütəxəssislərlə görüşmək lazımdır. Hətta strategiyanın yazılması bizim təkliflərə uyğun qurulub.
“Bununçün əcnəbilərə böyük məbləğlər ödəməyə ehtiyac yox idi”
– Ümumiyyətlə, görüşdə kimlər iştirak edirdi, hansı formada oldu?
– Görüş bir həftə öncə olmalı idi, ancaq xarici şirkətlərin gəlişinin yubanmasına görə bu günə təsadüf etdi. Məlum iki şirkətlə müqavilə imzalanıb. Hansı işlərin görüləcəyi ilə bağlı öz aralarında bölgü aparılıb. Bu da ayrı sual doğurur, çünki bunlar zəncirvari bir-birinə bağlı olan vacib amillərdir, sıx əməkdaşlıq mütləqdir. Görüşdə bəndənizlə yanaşı, “Dinamo” klubunun hazırkı prezidenti, futbol sahəsində böyük təcrübəyə sahib keçmiş İcraiyyə Komitəsinin üzvü, vaxtilə “Bakı”nın rəhbərlərindən biri Yaşar Seyidov və “Qəbələ”nin idman direktoru, müxtəlif klublarda uğurlar qazanmış, kifayət qədər təcrübəsi olan Səbuhi Səfiyarlı iştirak edirdi. Qısa tanışlıqdan sonra geniş fikir mübadiləsi aparıldı. Açığı, toplantıya getməzdən öncə mənzərənin necə olacağını təxmin edirdim. Bir qədər əvvəl vurğuladığım kimi, minimum üç ay itirilib.
– Sizi görüşdən razı çıxan biri kimi hiss etmirəm. Bilmək istəyirdim ki, narazı tonda danışmağın səbəbi nədir. Görüşdə ürəyinizi açmayan nə olub?
– Hər məsələdə pozitiv olmağa, ölkə futboluna kömək etməyə çalışırıq. Lakin bu, tək bizdən asılı deyil. AFFA rəhbərliyi var və onlar bunda maraqlı olmalıdırlar.
– Xüsusən, böhranlı rəhbərlikdən sonra, indikilər dəbdəbəli vədlərlə gəliblər…
– Böhran yumşaq ifadədir, Azəbaycan futbolu tənəzzüldədir. Belçikalılara ilk sualım o oldu ki, nə üçün görüş 2-3 ay sonra təşkil edilir? İşin daha operativ, səmərəli aparılması üçün, bu, ilk günlərdə baş verməli idi. Sual cavabsız qaldı. Sual tək şirkət nümayəndələrinə deyil, öncə AFFA-ya aiddir. Çünki sifarişçidir. Strategiyanı hazırlayanlar da AFFA qədər bu yanaşmada maraqlı, məsuliyyətli olmalıdırlar.
“Azərbaycanda peşəkar futbolun idarəetmə problemi var!”
– Siz zaman itkisini nəzərdə tutursunuz?
– İşlərin dirçəlməsi istənilirsə, beyinlərdə bir ay bir ilə bərabər olmalıdır. İnkişaf strategiyası fonunda istənilən şablon layihəni ortaya qoymağa nə var? Azərbaycan futboluna aid bütün proseslər nizamlanacaqsa, burada yerli şəraitə, imkanlara uyğun zərgər dəqiqliyi ilə iş aparılmalıdır. Dediklərinə görə proses dekabrda bitməlidir. Ümumiyyətlə, 8 aya – bu qədər üzdən yanaşma ilə vaxt itkisinə yol vermək futbol adına qəbuledilməzdir. Azərbaycan mütəxəssisləri, özümüz də daxil olmaqla – 8 aya 8 mükəmməl strategiya hazırlayıb, ortaya çıxarmaq qabiliyyətindədirlər. Bununçün əcnəbilərə böyük məbləğlər ödəməyə ehtiyac yox idi.
– Kifayət qədər böyük məbləğ olub. Tək strategiya üçün bu qədər maliyyə itkisi…
– Sözünüzə qüvvət. Bu gün futbol baxımından əcnəbilər bizə sual verirlərsə ki, Azərbaycan futbolunda nəyi necə edə bilərik, deyiləsi söz qalmır. Buna rəğmən təklifləri irəli sürmüşük, hətta işbirliyi lazımı səviyyədə aparılsa, 5-10 qatını edərik. Qonaqlara İkinci sualım bu oldu ki, AFFA Nizamnaməsi ilə tanışsınız? Tək futbol deyil, idmana dair ölkə qanunları da öyrənilməlidir. Birmənalı şəkildə İnkişaf Strategiyasının hüquqi tənzimlənməsi şərtdir. Sualdan diplomatik yayınmaq istəsələr də, təkrardan sonra yox işarəsi ilə çiyinləri qalxdı, nəhayət ki, oxumadıqlarını etiraf etdilər. Üç ay bəs etmirdimi AFFA nizamnaməsini öyrənsinlər? Nizamnaməyə uyğun AFFA strukturunu bilmədən İnkişaf Strategiyası yazıla bilməz.
– Əfsus. Bu proses də uğursuz gedir…
– Burada önəmli məqam nədir? Onlar səhlənkardırsa, bunun əsas günahkarı da onlara sifariş verən AFFA-dır. Yeganə dərk etdikləri məqam, Azərbaycan futbolunda sistemli futbolun, ardıcıllığın olmamasının müəyyən etməkləridir. Bunu sıravi azarkeş də bilir!
– Görüşdən narazı ayrılmağınızın səbəbi tam aydın oldu. AFFA-nın işləri icra edəcək yerli kadr potensialı yoxdursa, xaricilərə bahalı strategiya yazdırmaq absurd görünür. Sabah bu işləri görəcək adamlar da xaricdən gətiriləcək. Bu gedişat hara aparır?
– Və davamı olaraq, “Azərbaycanda futbol yoxdur” bəhanələri… Strategiya elminin öz ana xətti var. Təkliflərdən öncə mövcud problemlər araşdırılmalıdır, dəqiq diaqnoz qoyulmalıdır. Problemin kökünə gedib çıxılmadan doğru yol tuta biləcək strategiyanın hazırlanması mümkün deyil. Görüşümüzdə bəlli oldu ki, “Double Pass” şirkəti özləri üçün üç xətt müəyyənləşdiriblər: kütləviləşmə – buna da dərhal cavab verdim, ölkədə kütləvilikdə bağlı problem yoxdur, futbol sevilir. Azərbaycanda peşəkar futbolun idarəetmə problemi var! 2 – bölgələr və 3 – mütəxəssislərin hazırlanması.
– Kadr potensialı…
– Müxtəlif futbol sahələri üzrə, fiziki hazırlıq üzrə məşqçilərin olmaması nümunəsi yerinə düşər, kadr qıtlığı mövcuddur. İllərdi təhlillər aparırıq, futbolun inkişafı bölgələrdən başlamalıdır. Dərhal qarşılıqlı sual yarandı. Neçənci dəfədir Bakıya gəlmisiniz, hansı bölgələrimizdə olmusunuz? Cavab – heç birində! Nə üçün səfər etmirsiniz? – cavabsız.. Təklifimiz oldu ki, günü sabahdan bölgələrə gedilməlidir və bu səfərlərdə yardımçı olmağa hazırıq. Futbol xəritəsi hazırlanmalı, real durumla yerində tanış olunmalıdır. Ayda bir dəfə Bakıya gəlib, müxtəlif kabinetlərdə bir-iki görüş keçirib, dəniz kənarı parkda gəzib, kabab yeyib strategiya necə yazıla bilər?! Bununla yanaşı, belçikalılardan fərqli, “McKinsey” şirkətinin nümayəndəsi Tərlan İsgəndərovun konstruktivliyi, problemlərin dərinliyini bilməsi, prosesə həssas yanaşması diqqəti çəkdi. Azərbaycan futbolunda ən böyük problemlərdən biri hərbi xidmətlə bağlıdır. Perspektivli uşaqlar ən yaxşı vaxtlarında hərbiyə getməli olur. İstedadlı, perspektivli futbolçular yarı yolda qalır. Yaşar Seyidovun bu mövzuda sualları açıq qaldı, ümumiyyətlə, bu problemlə bağlı məlumatlı olmadıqları üzə çıxdı. Yaşar müəllim klub futbolunda olan maliyyə çatışmazlığını detallarla izah etdi, vəziyyətdən çıxış yollarını təfsilatı ilə göstərdi. Eyni ilə Səbuhi Səfiyarlı uşaq futbolunda baş verən problemlərdən, təhsillə, yarışlarda səfərlərlə bağlı durumdan bəhs edərək regionlarda futbolun dirçəlməsini prioritet məsələ olaraq qeyd etdi, əsaslı təkliflərini irəli sürdü. “Qəbələ” İdman Klubunun futbolyönümlü infrastrukturu mükəmməldir. Vaxtilə tikilib, ərsəyə gətirilən baza, indi maliyyə çətinlikləri ilə üzləşib. Düzdür, AFFA infrastrukturun qorunması üçün müəyyən qədər köməklik qərarı verib. Təklif olundu ki, Qəbələ uşaq futbolu mərkəzlərindən birinə çevrilsin. Yuxarıda qeyd etdiyim kimi, Nizamnamə ilə tanış olmadıqları üçün Azərbaycanda 8 regional futbol federasiyasının mövcudluğundan xəbərsiz idilər. Bölgələr üzrə 8 futbol akademiyasının inşasının İnkişaf Strategiyasında önəmli yer tutması və lazımı maliyyənin ayrılması təklifi irəli sürüldü. AFFA-nın özəyini təşkil edən bölgə federasiyalarına heç bir ciddi dəstək verilmədiyi xüsusi vurğulandı və klublara göstərilən dövlət dotasiyasının assosiasiyanın üzv qurumlarına da şamil edilməsi tövsiyə olundu.
– AFFA-nın strukturunu da bilmirlər? Bu nə ciddiyətsizlikdir?
– Nizamnaməni oxumadan AFFA strukturunu, üzvlərin sayını bilmək mümkünsüzdür.
– Bu, məzələnməkdir…
– Fikir verin, bildirdim ki, təkliflər paketi irəli sürülüb. Sualım oldu ki, bizim təkliflər sizə çatıb? Konkret deyidi ki, yox. Əlavə edildi ki, AFFA tərəfindən 300-dən artıq ümumiləşdirilmiş təkliflər göndərilib, başımız şişib. Təsəvvür edin, işə yanaşma bu səviyyədədir.
– Yəqin, sizə deyilib ki, gəlin, bəndlərlə izah edin…
– Məsələlərin tənzimlənməsi AFFA tərəfindən Lisenziyalaşdırma Komissiyasının rəhbəri Elçin Məmmədova tapşırılıb. Xarici səfərdə olduğu üçün toplantıda iştirak etmirdi. Görüşdən sonra əlaqə saxladım, araşdırdım. Məlum oldu ki, bütün təkliflər “Double Pass”ın nümayəndələrinə göndərilib. Yəni, məsələnin çözülməsindən daha çox suallar çıxırdı ortalığa…
– Bu adamlar görmədən, bilmədən nə plan yazacaqlar?
– Qənaətim odur ki, bağışlanmaz vaxt itkisinə yol verilib. Onlarla ölkə ilə əlaqə saxlayırlar, əllərinin altında bir o qədər şablon strateji inkişaf modelləri var. Birini götürüb, 5-10 cümləsini dəyişib Azərbaycan futboluna uyğunlaşdıracaqlar. Bu yanaşma ilə başqa cür mümkün deyil. AFFA-nı təmsil edən rəhbər heyətlə görüşlərim, futbolun inkişafı yolunda ətraflı müzakirəlrim, konkret təkliflərim olub, çıxış yolları göstərilib. Bu gün də sizin sayt vasitəsil ilə bildirirəm, aylar itirilsə də, geridönüş etmək mümkündür. Digər məsələlər öz yerində, inkişaf strategiyasının hazırlanması ilə bağlı təcili işçi qrupu yaradılmalıdır. Bir tərəfdən 3-4 ay vaxt boşa verilib, ilin sonuna da 2-3 ay qalıb. Bu müddətdə bir yerdə iş görülsə, səmimi münasibət yaradılsa, paxıllıq, şəxsi maraqlar olmasa, qeyd olunan problemlərə peşəkar yanaşılsa, ilin sonuna kimi ortalığa keyfiyyətli məhsul çıxarmaq mümkündür. Bir çox məsələlər qabardıldı və ölkə futbolunda ən uğurlu uşaq futbol layihəsi olan “Sabahın ulduzları” layihəsinin inkişaf strategiyasında yer alması xüsusi vurğulandı.
– Hansı yolun gedilməsi ilə bağlı fikirlərinizi dediniz. Mənzərə aydın oldu.Qayıdaq, yerli futbola – yeni AFFA rəhbərliyindən nə gözləyirsiniz? Onları təhlil etməyinizi istərdim…
– Yeni AFFA rəhbərliyi deməzdim, köhnə və yeni rəhbərliyin sintezi deyərdim. İstənilən halda, AFFA-da rəhbər kadrların yarıdan çoxu dəyişdi. AFFA-ya cavabdehlərin birbaşa əsas iş yerləri var – Rövşən Nəcəf, Elşad Nəsirov – SOCAR və Balakişi Qasımov – İTV. Heç biri də federasiyada daimi olmurlar. Ən önəmli məqam isə, futbola dövlətin qayğısı var, kreditlər yox, təmənnasız olaraq AFFA-ya, klublara vəsait ayrılır. Federasiyaya məsləhətli gələnlərin məramı bu vəsaitin ayrılması və nəzarəti, əlavə sponsorların cəlb edilməsi ilə bərabər, futbol işlərinə qarışılması deyil, mütəxəssislərə şəraitin yaradılmasıdır. Nə üçün bunu deyirəm? Açıq hiss edilir, qərarlar AFFA-nın daxilində qəbul olunmur. Söhbətimizin əvvəlində belçikalılara verdiyim sualı burdan AFFA rəhbərliyinə – konkret Sərxan Hacıyevə ünvanlayıram. Sərxan bəy, AFFA Nizamnaməsindən xəbəriniz varmı?
– Nəyi nəzərdə tutursunuz?
– Nizamnamədə bildirilir ki, AFFA prezidenti müəyyən səbəblərdən daimi olaraq AFFA-da olmadığı halda, prezident səlahiyyətlərini icraçı-vitse prezident həyata keçirir. O da olmasa, işlər baş katibə həvalə edilir. Bu iki vəzifə də Hacıyevə aiddir. Bu da o deməkdir ki, Sərxan bəy de-yure icraçı vitse-prezident olmaqla yanaşı, de-fakto AFFA prezidenti səlahiyyətlərini yerinə yetirir. Ancaq 5-6 aydır durğunluq davam edir.Demək olar, strateji yenilik yoxdur, bir-iki yerdəyişmədən başqa futbol öz keçmiş axarı ilə yolunu davam edir. Təbii ki, “Double Pass” təmsilçilərindən fərqli Sərxan Hacıyevin AFFA nizamnaməsindən xəbəri var. Kuluarlarda, hardasa bildirə bilər ki, səlahiyyətlərim məhduddur, imkan verilmir və s. Açsın nizamnaməni, bir daha oxusun. Futbolda bundan artıq rəsmi səlahiyyət olmur!
– Sərxan Hacıyevlə məsələni doğru qeyd etdiniz. Hərəkətverici postlar onda olsa da, hərəkətsizlik hökm sürür.
– Subyektiv fikir fərqlidir, qanunlara söykənən əsaslı dəlillər daha önəmlidir. Nizamnaməyə uyğun danışıram.
– Qəribə vəziyyət vitse-prezidentlərlə bağlıdır. Elşad Nəsirov həm AFFA, həm də SOCAR strukturunda ən qədim fiqurdur. Yeni vitse-prezident Balakişi Qasımovun ciddi addımlar atacağını düşünürdük. Amma hələ nə açıqlamasını, nə iddialı fikirlərini görmüşük. Ümumiyyətlə, susub. Sizcə, bu durum absurd deyil?
– Söhbət mövzusu futboldur və futbol yaşıl meydanlarda oynanılır. Kabinetlərdə istənilən müzakirələr aparıla, yerli-yersiz qərarlar verilə bilər, sonda nəticə yaşıl meydanda göstərilməlidir. AFFA-ya gəlinibsə, təbii ki, yaşıl meydanda qələbələrin qazanılması düşünülməlidir.
– Kabinet qərarları deyəndə nəyi nəzərdə tuturunuz?
– Azərbaycan futbolundakı rəhbər strukturlarında elə tendensiya yaranıb/yaradılıb ki, böyük futbolla aralarında uçurum yaranıb. Kabinetlərdə qəbul edilən qərarlar futbolun inkişafına, gələcəyinə xidmət etmir. Ən azından dövlətə, xalqa məxsus olan vəsaitin mənəvi və faktiki məsuliyyəti dərk edilməlidir. Vaxtilə lippertlər, indi də anderssonlardan Azərbaycan futboluna xeyir gəlməyib və gəlməyəcək!
– Yəni, yeni rəhbərlik ətrafa qapalıdır; fikirləri, ideyaları bəlli deyil.
– Nəsirov 20 ildir, futbolumuzdadır. Rövşən Nəcəf belə məsləhət gördü, qaldı. Demək olar, futbolda ömürlük vitse-prezident statusuna malikdir. Yəqin son 15-20 ildə AFFA-da günahı olmayan yeganə futbol rəhbəridir. Balakişi Qasımov isə futbolda yenidir, hələ təcrübə toplayır. Daxili nüfuz davası gedir. Tələsən yerləri yoxdur. Avropa Şurasının ikili standartları kimi, AFFA strukturundan xəbələri olmayan Brüsselə daha çox bel bağlanılır. İşləri çoxdursa və ya futbol məsuliyyətini üzərlərinə götürə bilmirlərsə, icraçı vitse-prezidentə sərbəstlik verilsin. Sərxan Hacıyevin təcrübəsizlikdən addımları kövrək ola bilər, amma ən azından deyilə bilər ki, məsuliyyəti üzərinə götürsün, daha qətiyyətli olsun. Yəqin o da isti yerini laxlatmaq istəmir, məsləhətlərə və özünün rahatlığına uyğun hərəkət edir.
– Heç olmasa dondurulmuş fəaliyyətini açsın…
– Yenə deyirəm, Hacıyev bu gün de-fakto Nəcəfovun təmsilçisi yox, əvəzləyicisidir. Bir prezidentliyə, 12 İK-ə namizədlə konfrans keçirildi. Özümüz də iştirak etdik, dedik təki futbolda dəyişiklik, yenilik olsun, futbol ictimaiyyətində, azarkeşlər arasında sabaha ümid yaransın. Demədik ki, düşmənlərimizə öz böyük qonşusu ilə dəstək verən ölkənin nümayəndələrini Azərbaycan futboluna pərçim edəsiniz. Belə addımlar nəinki futbola, milli maraqlarımıza da ziddir. Sərxan Hacıyevin təcrübəsizliyi, başqa amillər ola bilər, başa düşüləndir. Dərk edilməlidir ki, daxildə Elxan Məmmədova qarşı çıxmaq limiti, dividentləri, ikili vəzifənin qazanılması eyforiyyası bitib artıq. Şans yaranıb, qollar çırmalanmalı, futbol adına doğru yol tutulmalı, qətiyyətli, cəsarətli addımlar atılmalıdır. Əks halda, bu gün dediklərimi zaman gələcək, AFFA kabinetlərdə oturmayıb futbolu idarə edənlər de-yure/de-faktonu icraçı vitse-prezidentin özünə/üzünə deyəcəklər. Bacarmırsa, özündə cürət tapıb vaxtında getmək daha faydalı olar.
– “Çıxın gedin” məsələsinin ardı olaraq deyirəm. İcraiyyə Komitəsində futbol adammlarının gözləniləndən az olması absurd deyilmi? Sizcə, bunun səbəbi nədir və Qurban Qurbanov amilini necə təsvir edərdiniz?
– Sualın ən doğru cavabını hörmət etdiyim, məşqçi kimi qazanılan nəticələri ilə Azərbaycan futboluna adını qızıl hərflərlə yazdıran Qurban Qurbanovun özü verə bilər. Onsuz da bizim hər fikrimiz müəyyən futbol dairələrində geniş rezonans doğurur. Rəy bildirməyim ona qarşı kimlər tərəfindənsə mənfi fikir yarada bilər. Biz futbolu idarə edənlərə sərf etmirik. İK-ə gəldikdə, komitədə dəyərli futbolçularımızdan biri olmuş Səməd Qurbanov da təmsil olunur. Qurban Qurbanov isə bu günlərdə İK-də və ölkə futbolundakı durumla bağlı peşəkar və bir o qədər də diplomatik fikirlərini bildirmişdi. Təbii ki, İK-də layiqli futbol adamlarının sayı çox məhduddur- Belə “məsləhətdir”.
“Böyük futbol çox qəddardır və səhvləri bağışlamır!”
– Səməd müəllimin adını çəkmədim. Çünki bu günə qədər onun hansısa açıqlamasını görməmişəm. Bizimçün fenomen olan Qurbanov var və təcrübəsindən yararlanmaq olar.
– Futbol adamı demək, o demək deyil ki, hər biri yaxşı idarəçi ola bilər.
– Düzdür, futbol əvəzolunmaz divitentlər, əlavə üstünlüklər qazandırır. Bununla yanaşı hər futbolçudan yaxşı məşqçi çıxmadığı kimi, hər futbol adamından da bacarıqlı idarəçi olmaya bilər. İdarəçilik, liderlik keyfiyyətləri varsa, peşəkar futbol sahəsində yetişmək, püxtələşmək əlavə, əvəzolunmaz üstünlükdür.
– Futbol tək oyundan və yaşıl meydanlardan ibarət deyil. Futbolda bir çox komponentlər var və buna uyğun adamların İK-da olması normaldır. Qurbanovun üstündə durmağımın səbəbi öz subyektiv fikrimdir. Sanki zaman göstərdi ki, bu format uğursuzdur. Və təəssüf ki, Qurban Qurbanov işbilməzlər tərəfindən müdafiə məfhumu kimi istifadə edilir… Təkrarçılıq olmasın. Bunun ən doğru cavabı Qurban müəllimin özündədir.
– Nə üçün indiki vəziyyət yaranıb?
– Çünki ölkə futbolunda sistemsizlik hökm sürür. Yenə qayıtdıq inkişaf strategiyasının, kadr seçimlərinin vacibliyinə. Bu sistemsizliyi qabardacaq futbol adamı da çox azdır, bəlkə də, buna görə problem dərindir… Böyük əksəriyyət futbol sistemsizliyini detallı və davamlı olaraq qabardıb özü üçün problem yaşamaq istəmir. Futbolda ola-ola peşəkar futboldan uzaq olan, daha doğrusu, uzun illərdi süni olaraq əngəllər yaradılan Tahir Süleymanov nümunəsi var. Açıq desək, bu, çox ağır və dözülməz yoldur. Hər futbol adamı buna tab gətirə bilməz! Baxmayaraq ki, söhbətimizdə də dəfələrlə vurğuladığım kimi, istəyimiz ancaq futbolun dirçəlməsi, inkişaf etməsidir.
– Nə üçün Səməd Qurbanov ordadır, amma başqa yaxşı idarəçi ola biləcək şəxslər kənardadır?
– Azərbaycan futbolunu bilən, qətiyyətini, prinsipiallığını göstərən, liderlik bacarığına malik insanlar çoxlarına sərf etmir. Birinci səbəb bu və futbol aləmində birliyin olmamasıdır.
– Belə görünür ki, yeni AFFA rəhbərliyi ilə də uzağa gedə, inkişaf edə bilməyəcəyik…
– 2028-ci ilin birinci rübü uzaq görünsə də, futbol adına uzun məsafə deyil. Yeni gələnlər altı ayı tamamlayıb və itirib artıq. İtirən kabinetlərdə oturanlar olmur, onların qazancı var. Neçə-neçə nəsillər məhv edilir, Azərbaycan futbolu xarabalıqdan qurtula bilmir. Belə gedişlər, ölkə futbolunu elə bataqlığa salıb ki, dönüşün yaradılması üçün beyinlərdə, düşüncələrdə hər ay bir ilə, hər 1 il 5-10 ilə bərabər olmalı, nə qədər çətin görünsə də, praktikada həyata keçirilməlidir. Əksi olanda, futbol kimlərinsə tramplin və ya əyləncə vasitəsimkimi istifadə edilir. Müsahibə geniş alındı, çiyinlərimizdə illərin təcrübəsi var. Futbola yeni gələnlərə məsləhətim o olar ki, heç kim futbolla zarafat etməsin. Azərbaycan futboluna gələn şəxslərin böyük əksəriyyəti ən yaxşı halda vəzifələrini itirib, müflis olub gediblər. Bunu futbolda olan vəzifə və pul sahibləri unutmasın! Böyük futbol çox qəddardır və səhvləri bağışlamır!
Sabahın hava proqnozu açıqlandı
"Euro Home” bazarlarının sahibinin yarım milyon manatlıq maşınına həbs qoyulub - Qalmaqallı milyonçu ilə bağlı nə baş verir?
Şəmkirdə 3 nəfər bıçaqlanıb, biri ölüb - TƏFƏRRÜAT (Yenilənib)
İlham Əliyevdən Dövlət Bayrağı Günü ilə bağlı paylaşım - FOTO
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
Hərbi hissə yaxınlığında yanğın olub - MN açıqlama yaydı
Prezident yeni fərman imzalayıb
Prezident, birinci xanım və Heydər Əliyev Dövlət Bayrağı Meydanında - VİDEO, FOTOLAR (Yenilənib)
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb - Ünvan + FOTOLAR
Mauro İkardidən Naraya sətiraltı mesaj - Zürafə ilə öpüşdü (FOTOLAR)
Sabah Bakıda yağış yağacaq
Prezident və ailəsi Bakıda Zəfər parkının açılışında - İlham Əliyev xalqa müraciət etdi (TAM MƏTN, FOTOLAR)
Bu gün Qarabağ, Zəngəzur tikinti meydançasını xatırladır, tikilir, qurulur... - İbrahim Cəfərov yazır
4 dəfə dalbadal parlamentə düşən deputatın "dahiyanə" dərdi...
Xətaidə çökən bina tavanı, yaxud söküntü adıyla talanan vəsaitlər... - İH-nin səhlənkarlığı az qala faciəyə səbəb olacaqdı (VİDEO)
Seymur Verdizadə bu qurumda çalışacaq
Xarici İşlər Nazirliyi bəyanat yayıb
“Ayaks” – “Makkabi” oyunu qanla bitdi: yəhudiləri çaya atdılar, 10 yaralı var - Netanyahu iki təyyarə göndərdi (FOTO)
Bu gün Zəfər Günüdür
Avropa Liqası: "Qalatasaray" liderliyə yüksəldi (Yenilənib)
Avropa Liqası: "Qarabağ" ilk 3 xalını qazandı (Yenilənib)
İsrail ordusu Qəzzada məktəbi vurdu: 16 nəfər həlak olub
FED faiz qərarını açıqladı - 25 bənd azaldıldı
Putin Trampı təbrik etdi: "Görüşməyə hazıram!"
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Rusiya Zaporojyaya ağır zərbələr endirdi: 4 nəfər ölüb, 18 nəfər yaralanıb, dağıntılar altında qalan var
Bayden mətbuat konfransında: "Vəzifəmi rahat təhvil verəcəyəm" - "Amerikalıların qərarına uyğun hərəkət edəcəyik"
Zelenski Budapeştdə: "Putinlə danışıqların mənası yoxdur, koeryalılar artıq Avropada döyüşür" - "Trampın hansı qərar verəcəyini indidən demək olmaz"
Nazir Rəşad Nəbiyev yeni vəzifəyə təyin olundu - Sərəncam
Siyavuş Kərimiyə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
SABAHDAN 6 GÜN ARDICIL RƏSMİ İŞ GÜNÜ OLMAYACAQ - Bəs məktəblilər neçə gün tətil edəcək? (YENİLƏNİB)
Saxta plastik cərrahlarla bağlı araşdırma başlayıb - Siyahıda Xatirə İslamın bacısı da var
Müşavir niyə öz ərizəsi ilə vəzifədən gedib? - İddia
Prezident Ərdoğan NATO Baş katibini qəbul edib - Macarıstanda
Akademik Arif Həşimov: “Müasir dövrdə hər bir ölkənin inkişafı və gələcəyi onun energetika təhlükəsizliyi ilə birbaşa bağlıdır” - MÜSAHİBƏ
Azercell-dən Zəfər Gününə özəl təklif