"Mingəçevir"in futbolçuları niyə saxlanılıb? - Səbəb açıqlandı

img

04-10-2024 [15:25]


Birinci Liqada mübarizə aparan "Mingəçevir"ın 3 futbolçusunun polis tərəfindən saxlanması haqda dünən məlumat vermişdik.

Bildirmişdik ki, oyunçular Mingəçevir şəhərində yaşadıqları evdən birbaşa idarəyə aparılıb.

Artıq onların kimliyini dəqiqləşdirmişik. Söhbət Muxtar Nəzərli, Xəyal Xudaverdiyev və Mövlan Kərimovdan gedir.

Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sportinfo.az-a bu məlumatı təsdiqləyiblər.

Verilən açıqlamada bildirilib ki, qeyd olunan şəxslər gecə saatlarında kirayə qaldıqları evdə səs-küy saldıqları üçün qonşular tərəfindən polisə müraciət edilib.

Onların barəsində qanunvericiliyə uyğun tədbir görülərək, sərbəst buraxılıblar. Futbolçuların hər biri cərimə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb