Vəzifəli şəxslərin pensiyası...- Hökumət daha bir qərar verdi 

img

02-10-2024 [10:35]


Nazirlər Kabineti “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası”nı təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Qayda 12 iyun 2001-ci il tarixli qanunla təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-1-ci maddəsinə əsasən hazırlanıb və vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

Qayda vergi orqanlarının vəzifəli şəxslərinə pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanmasına şamil edilmir. Qeyd olunan şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilərkən nəzərə alınan qulluq stajı “Əmək pensiyaları haqqında” qanuna əsasən hesablanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 02.10.2024

Sabah yağış yağacaq