Azərbaycanın ilk lazer silahı və İspaniya ilə birgə topu - FOTOLAR (Yenilənib)

img

24-09-2024 [15:13]


Azərbaycanın ilk lazer silahı nümayiş etdirilib.

Mia.az xəbər verir ki, nümayiş ADEX sərgisində təşkil edilib.

"Fireforce" lazer silahının gücü 30 kilovat, çəkisi 900 kiloqramdır. Azərbaycan mühəndisləri tərəfindən hazırlanan silah yüngül zirehli avtomobil üzərində yerləşdirilib.

***

Azərbaycan İspaniya ilə birlikdə top istehsal edib.

Mia.az xəbər verir ki, top ilk dəfə Bakıda keçirilən ADEX sərgisində nümayiş etdirilib.

"Guardian 30" adlanan top silahının 30 mm çapı var. 2024-cü il istehsalı olan top bir neçə dəfə sınaqdan keçirilib.

Çəkisi 3 ton olan top 8-13 km məsafədəki hədəfi zərərsizləşdirə bilir. Birgə istehsal olunan topun BTR üzərinə yerləşdirilməsi mümkündür(Report).

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR