Bakıdan İsrailə uçuşlar dayandırılıb - AZAL açıqlama yaydı

img

24-09-2024 [10:46]


"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Hava Limanına uçuşları dayandırmasına dair açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada səbəb bölgədə baş verən toqquşmalar göstərilib: "Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər. Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq. 

Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].

Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA