Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi - VİDEO, FOTO
İQTİSADİYYAT
23.09.2024, 15:34
Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə start verib.
“Qafqazinfo” xəbər verir ki, sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar “Azercell”in qonağı olublar.
Görüş “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutub.
“Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir. Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirib.
Dilarə Hüseynova qızlara təhsil müddəti ərzində “Azercell”də təcrübə keçmək imkanı verildiyini diqqətə çatdırıb: “Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verib, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışıb.
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edilib.
“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya... - Prezident yeni qanunu təsdiqlədi
Bugün, 16:13 GÜNDƏM
-
Meksikada məktəblər vaxtından əvvəl bağlanacaq – DÇ-2026-nın oyunlarına görə
Bugün, 16:06 İDMAN
-
Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi seçilib
Bugün, 15:40 İDMAN
-
AAYDA sədri elə nüfuzlu şəxsin qardaşını işdən çıxardı ki... - Agentlikdə gözlənilməz dəyişikliklər
Bugün, 15:34 GÜNDƏM
-
AK Partiyaya keçmək üzrə olan bələdiyyə sədri ilə təşkilat sədri CHP-dən xaric edildi
Bugün, 15:28 SİYASƏT
-
Etibar Məmmədovun villasından oğurluq edən şəxs elə ifadə verdi ki... - “Yataq otağında dollar “paçka”ları vardı”
Bugün, 15:11 SİYASƏT
-
İranın BƏƏ-yə atdığı raketin üzərindəki yazı: "Amerika gedəcək, biz baş-başa qalacağıq”
Bugün, 14:59 DÜNYA
-
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişəcək? - SİYAHI
Bugün, 14:50 GÜNDƏM
-
Fars körfəzində gərginlik böyüyür - İran hərbçiləri ələ keçirdiyi nəhəng neft tankerinə bayraq taxdı
Bugün, 14:36 GÜNDƏM
-
Dövlət torpaq sahələrinin illik icarə haqqı: necə hesablanacaq? - Nazirlər Kabineti qərar verdi + CƏDVƏL
Bugün, 14:32 İQTİSADİYYAT
-
Gərginlik artır, Tramp “yumruğunu qıcadı”: “Əgər atəşkəs olmazsa...”
Bugün, 14:15 GÜNDƏM
-
İcra başçısı mərkəz rəhbərinin üç mərtəbəli obyektini sökdürdü - Qalmaqal
Bugün, 14:06 CƏMİYYƏT
-
"Rusiya dövlət kanalının hərəkəti qəbuledilməzdir" - RƏSMİ BAKIDAN SƏRT BƏYANAT
Bugün, 13:54 SİYASƏT
-
Böyük Britaniyada təhlükəli virus – İki nəfərdə aşkarlandı
Bugün, 13:54 DÜNYA
-
CHP iki ilə iqtidara gəlir? - Özgür Özelin mesajı böyük maraq yaratdı
Bugün, 13:20 SİYASƏT
-
"Bizə açıq-aşkar bildirdilər ki, sizin şikayətinizə baxmağa vaxtımız yoxdur" - Mətbuat katibi AFFA-ya qarşı elə iddia irəli sürdü ki...
Bugün, 13:13 İDMAN
-
"LABİRİNT"in həyat fəlsəfəsi - Akademik və professor İmamverdi İsmayılovun yeni əsərindən yazdı
Bugün, 13:05 PRESS
-
Mikayıl İsmayılovun oğlu ilə məhkəmə çəkişməsində olan Fidan saxlanıldı - Qarşı tərəf onu nədə ittiham edir?
Bugün, 13:01 KRİMİNAL
-
Rauf Namazov Aparat rəhbəri təyin olunub
Bugün, 12:59 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:42 GÜNDƏM
-
Xüsusi icra məmuru olmaq istəyənlər... - Bu tarixdə test imtahanı olacaq
Bugün, 12:30 GÜNDƏM
-
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı
Bugün, 12:22 İQTİSADİYYAT
-
Prezident Roma Papasına məktub göndərdi: "Əminəm ki, ikitərəfli əlaqələrimiz..."
Bugün, 12:16 GÜNDƏM
-
ABŞ Kubaya sahiblənə biləcəkmi? - TƏHLİL
Bugün, 12:10 SİYASƏT
-
İnsanlar niyə hələ də ulduzlara inanır? - Psixoloq Vüsalə Rüstəmdən şərh
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Ağsu aşırımı sürüşür: hərəkət dayandı FOTO
Bugün, 11:58 GÜNDƏM
-
Xətaidə ekoloji qalmaqal: “Ağacları kəsib bina tikirlər” — VİDEO
Bugün, 11:46 GÜNDƏM
-
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul etdi
Bugün, 11:44 KRİMİNAL
-
Gədəbəyə dolu düşüb
Bugün, 11:37 CƏMİYYƏT
-
Aleksdən Əziz Yıldırıma jest: “Geri gəl, Boss”
Bugün, 11:23 İDMAN
-
"Naxçıvan – memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olunub
Bugün, 11:18 İQTİSADİYYAT
-
AAYDA gündəmdən düşmür: 500 minlik toy, böyük sərvətlər və traybalizm...
Bugün, 11:00 CƏMİYYƏT
-
Mətanət İsgəndərlinin bacısının evindən pul oğurlanıb
Bugün, 10:48 KRİMİNAL
-
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edilib
Bugün, 10:45 CƏMİYYƏT