Sudanda vəba: ölənlərin sayı 348-ə çatıb, yoluxma sayı süqrətlənib

img

20-09-2024 [11:44]


Afrika ölkəsi Sudanda təhlükəli vəba xəstəliyi yayılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi son statistik məlumatları açıqlayıb.

Nazirlk bildirib ki, ölkədə vəba epidemiyasından ölənlərin sayı 348-ə yüksəlib: "9 əyalət vəba daha çox yayılıb. Xəsətxanalara indiyədək müraciət edənlərdən 11079 nəfərində vıba aşkarlanıb".

Nazirlik xəstələrin çoxunun xəstəxanaya müxtəlif səbəblərdən müraciət etmədiyini də istisna etməyib: "Bu səbəbdən yoluxma sayının hazırkı  rəqəmdən bir neçə dəfə çox olması da mümkündür..."

Nazirlikdən verilən məlumata görə, vəbanın sürətlə yayılmasında 3 ay əvəvl ölkədə baş verən güclü sel və daşqın böyük rol oynayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR