Şanxayda son 75 ilin ən güclü qasırğası: "414 min insan təxliyə olunub" - Küçələr su altında qalıb, səfərlər ləğv edilib

img

16-09-2024 [17:40]


Çinin ən böyük şəhəri Şanxay, 1949-cu ildə Qloriya tayfundan sonra ən şiddətli qasırğa ilə üzləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, küçələr su altında qalıb, təyyarə, qatar və bərə səfərləri ləğv edilib, evlərdə elektrik enerjisi kəsilib.

Məlumata görə, bir insan tələfatı olmasa da, bir nəfər yaralanıb: "414 min insan təxliyə edilib".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq