ABŞ-da iki sərnişin təyyarəsi toqquşub

img

10-09-2024 [22:16]


ABŞ-da "Delta Airlines" və "Endeavour Air" şirkətlərinə məxsus sərnişin təyyarələri Corciya ştatının Atlanta şəhərinin hava limanında uçuş-enmə zolağında toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi  məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya yola çıxmağa hazırlaşan "Delta" Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu "Endeavour Air" təyyarəsinin quyruğuna dəyib: "Nəticədə təyyarənin  quyruq hissəsi qırılıb. Və hər iki reys təxirə salınıb".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA