İsveçrə Bağdad səfirliyini 33 ildən sonra yenidən açıb

img

03-09-2024 [14:29]


İsveçrə 33 ildən sonra İraqınpaytaxtı Bağdadda səfirliyini yenidən açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib k, İsveçrə 1991-ci il Körfəz Müharibəsi səbəbiylə nümayəndəliyini bağladığı Bağdada yenidən səfirliyini bərpa edib: "Federal Şura Bağdad səfirliyini yenidən açmaqla, İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır".

Bəyanatda qeyd edilib ki, İraqda təhlükəsizlik vəziyyəti son illərdə xeyli yaxşılaşıb: "Bu gün Avstriya, Fransa, İtaliya və Almaniyanın da olduğu 50-dən çox ölkənin Bağdadda səfirlikləri var...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA