Qızı Ermənistandan sığınacaq istədi, atası himnimizi oranjıman etdi - VİDEO

img

09-07-2014 [22:16]


Dövlət himnimizin yenidən oranjıman olunması, üstəlik bu işin qızı ailəsi ilə birgə Ermənistandan sığınacaq istəyən bəstəkar Rauf Əliyevə tapşırılması ajiotaja səbəb olub. Məsələ cəmiyyətdə birmənalı qarşılanmayıb. Himnimizdə olunacaq dəyişikliyə gəldikdə isə bəstəkar Rauf Əliyev musiqi tonunun aşağı salınacağını, bununla həmçinin xronometrajın 30 saniyə qısalacağını deyib.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bunun belə şəxsə həvalə edilməsinin mən qəti əleyhinəyəm. 

Bəstəkar Faiq Sücəddinov deyir ki, onun kvarta oxuma yeri çox yüksək idi, onu 4 not aşağı salıblar, oxumaq rahat olsun deyə, biz də oxuya bilək.

Dövlət himninin yeni oranjımançısı Rauf Əliyev isə qeyd edib ki, Üzeyir Hacıbəyovun melodiyasına heç bir dəyişiklik olmadan orkestrovka olunub: "Sözsüz bundan əvvəlki peşəkar idi, amma bundan əvvəlki partetura ağır tonda idi, arzu olundu ki, daha yüksək ruhda, adi insanların oxuması üçün müəyyən tonlar aşağı salınıb. Bu da imkan verir ki, bütün insanlar adi səslə bu melodiyanı oxuya bilsinlər”.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın dövlət himninin aranjıman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılmasına aydınlıq gətirib. 

Nazirlikdən bildirilib ki, himnin Rauf Əliyeva tapşırılmasında başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir. Himnin daha gözəl və möhtəşəm səslənməsi üçün aranjıman olunması məqbul bilinib. 

Rauf Əliyevin qızı, Azərbaycan vətəndaşı Röya Mirzəyeva yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. 

Rauf Əliyev isə mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib(ANS TV). 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq