"Nə etmək olar, bizdə maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada" - Partiya sədri

img

09-07-2014 [19:07]


Braziliyada keçirilən dünya çempionatı peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alıb. Siyasətçilər də fürsətdən istifadə edib siyasi açıqlamalar yox, futbolla bağlı proqnozlar verirlər. Müasir Müsavat partiyasının sədri Hafız Hacıyev də çılğın futbol azarkeşi kimi tanınır. 


Partiya sədri ilə bu dəfə futboldan danışdıq. O, müsahibəsində Braziliyaya azarkeşlik etdiyini və komandasının qalib gələcəyinə inandığını deyib. Hafiz Hacıyev Azərbaycan futbolunda olan "maması göyçəklər”dən də danışdı:

 

Mia.az Publika.az-a istinadən hmin müsahibəni təqdim edir:

 

- Hafiz müəllim, dünya çempionatı artıq yarımfinal mərhələsindədir. Sizcə, bu mərhələdə şanslar necədi?

 

- Məni maraqlandıran Braziliya komandasıdır. Braziliya da yarımfinalda güclü komanda ilə oynayacaq. Oyun gec başlasa da, baxacağıq. Düzü dünya çempionatında müsəlman ölkələrinin komandalarının daha çox olmasını istəyirəm.

 

- İran çıxış edirdi,  amma qrupdan çıxa bilmədi.

 

- İranın dünya çempionatında çıxış etməsinin özü də müsəlman dövlətləri üçün müsbət hal idi. Onların heyətində  cənubi azərbaycanlılar da çoxdur.

 

- Amma onların heyətində  erməni futbolçu da var idi.

 

- Elə onları uduzduran da o erməni oldu da... Gərək iranlılar əvvəlcədən hamısını ölçüb-biçəydilər.  Axı, o ermənilər həmişə arxadan zərbə vururlar.

 

- Hafiz müəllim, bəs sizi hansı komandaların oyunu qane etmədi?

 

- İspaniya, Portuqaliya, İtaliya... Azarkeşlər onlardan başqa oyun gözləyirdilər. Amma alınmadı. Bunlar da həm təəssüfləndirən, həm də təəccübləndirən məsələlərdi. Amma hələ ki, mənim azarkeşlik etdiyim komanda uğurlu çıxış edir.

 

- Kosta Rika kiçik dövlətdir. Bu komanda 1/4 finala qədər irəlilədi, çempionatı məğlub olmadan tərk etdi. Hollandiya onları yalnız penalti seriyasında mübarizədən uzaqlaşdıra bildi.

 

- Baxmışam o komandanın oyununa. Bilirsiz necədir? Elə komandalar var ki sürpriz edirlər.

 

 

- Bəlkə,  Kosta Rikanın baş məşqçisini Berti Foqtsun yerinə gətirək?  Onda biz də dünya çempionatına gedə bilərik?

 

- Bizə kimi də gətirsələr, xeyri yoxdu. Çünki  bizdə sifarişlə oynadılan futbolçular var ha, onların sayəsində mümkün deyil. "Filankəsin qızının oğlu oynasın, filan xanımın oğlu çıxsın meydana” bunlar olduqca mümkün deyil. Təəssüf ki, bu sifarişlər bizim idmanımıza da sirayət edib. Bu da çox üzücü durumdur. Bizdə yaxşı oyunçular var, onlarla səviyyəli komanda qurmaq olar. Nə etmək olar, onları oyuna buraxmırlar, maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada.

 

Bu heyətlə nə isə qazanmağımız mümkün deyil. Özümüzü  yormayaq.  Azərbaycan futbolunu pis günə qoyublar. Dövlətin ayırdığı milyonlarla vəsaiti  göyə sovurublar.  Onun kökü başqa yerə gedib çıxır. Qalsın sonraya, bunu bu gün araşdırmayaq. Adam danışanda da, danışmayanda da ürəyi ağrıyır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA