İcra başçısının xanım müavini vəzifədən azad olunub

img

23-08-2024 [11:19]


Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xanım müavinlərindən biri vəzifəsindən ayrılıb.

Mia.az banker.az -a istinadən bildirir ki, xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun əmrinə əsasən Allahverdiyeva Vəfa Valeh qızı müavin vəzifəsindən azad edilib.

Dövlət qulluğunun müşaviri olan V.Allahverdiyeva müavin vəzifəsi ilə paralel İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edirdi.

Allahverdiyeva Vəfa Valeh qızı 13 avqust 1978-ci ildə Gədəbəy şəhərində anadan olub.

Beləliklə, Gədəbəy RİH icra başçısının iki müavini var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA