İsrail Livanda bir maşını vurub, ölən var

img

20-08-2024 [09:07]


İsrail ordusunun Livanın cənubunda bir avtomobili hava zərbəsi ilə məhv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə maşında olan bir nəfər həyatı ilə vidalaşıb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sur şəhərinin Deyr Qanun ilə Rəs əl-Ayn qəsəbəsi arasındakı yolda hərəkət edən bir avtomobil hədəfə alınıb: "İlkin məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, yaralılar var...".

Livanın rəsmi agentliyi NNA-da yayılan məlumata görə, maşın PUA ilə sıradan çıxarılıb.

Hücum zamanı ölən şəxsin kimliyi ilə bağlı məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA