Azərbaycanda un ucuzlaşdı - CƏDVƏL

img

15-08-2024 [12:58]


Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb.

Məlumata görə, avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar.

Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur.

Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur(İqtisadiyyat.az).

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA