TÜRKİYƏDƏ 15 MİLYON ÜZVÜ OLAN DAHA BİR SOSİAL PLATFORMA BLOKLANDI - Məhkəmə qərar verdi, nazir təqdir elədi, müxalifət isə...
PRESS
08.08.2024, 00:03
"İnstaqram"dan sonra Türkiyədə daha bir sosial platformaya giriş bloklanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 15 milyon istifadəçisi olan onlayn oyun platforması "Roblox"a da bu gündən giriş qadağan edilib.
Qərar Adana Respublika Prokurorluğunun müraciəti əsasında məhkəmə tərəfindən verilib.
Səbəb isə bu platformada uşaqlarınistismar olunması göstərilib.
İnformasiya Texnologiyaları və Rabitə Qurumu bu qərara haqq qazandıırb: “Adana 6-cı Sülh Cəza Məhkəməsinin 07/08/2024-cü il tarixli və 2024/5282 D saylı qərarı ilə Roblox.com-a giriş bloklanıb".
Ədliyyə naziri Yılmaz Tunç da qərarı təqdir edib.
Nazir bildirib ki, "Roblox" adlı oyun platforması və onun tətbiqi uşaqların istismarına səbəb olacaq məzmuna görə bloklanıb: "...Gələcəyimizin təminatı olan övladlarımızın mənafeyini qorumaq və dəstəkləmək hər kəsin borcudur. Türkiyə dünyada baş verən hadisələri yaxından izləyən və texnologiyadan ən yaxşı şəkildə istifadə edən ölkələrdən biridir. Bununla belə, texnologiyadan mənfi istifadə heç vaxt qəbuledilməzdir.
Ölkəmizin, millətimizin gələcəyini düşünən, məsuliyyət daşıyan hər kəs övladlarımızı hədəf alan bu kimi hallara həssas yanaşmalı, populist, məsuliyyətsiz söhbətlərdən uzaq olmalıdır. Uşaqlarımızın inkişafına mənfi təsir edəcək fəaliyyətlərə heç vaxt icazə verilməyəcək”.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə “Robox”un bağlanmasını tənqid edib: ""İnstagram"dan sonra 15 milyondan çox istifadəçisi olan və istifadəçilərin oyun inkişaf etdirə biləcəyi onlayn oyun platforması Roblox-a giriş qadağası anlaşılmazdır. Bu qərarları verənlər yeni dünyadan, iqtisadiyyatdan, texnologiyadan bixəbərdirlər..."
ROBLOX NƏDİR?
Roblox, Roblox Corporation tərəfindən hazırlanmış onlayn təcrübə platforması və təcrübə yaratma sistemidir. O, istifadəçilərə təcrübələri proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılmış oyunları oynamağa imkan verir. 2004-cü ildə David Baszucki və Erik Cassel tərəfindən qurulan oyun platforması 2010-cu illərin ikinci yarısında sürətlə böyüməyə başlayıb.
Roblox pulsuz oynanılır. "Robux" adlı virtual valyuta vasitəsilə oyundaxili alışlar edilə bilər. 2020-ci ilin avqust ayına olan məlumata görə, Roblox-un aylıq 164 milyondan çox aktiv istifadəçisi var. Bu platformaya ABŞ-da 16 yaşdan böyük hər kəs qoşula billir.
Ləman
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi
Bugün, 00:05 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
İran Hörmüz boğazında şok həmləyə hazırlaşır – Dənizə minalanmış delfinlər buraxılacaq?
01.05.2026, 23:59 GÜNDƏM
-
Tramp İranın son sülh təklifindən də razı qalmadı: "Seçim aydındır: ya razılaşacaqlar, ya da dağıdıcı müdaxiləyə əl atacağıq”
01.05.2026, 23:26 GÜNDƏM
-
İranda 14 hərbçi həlak oldu
01.05.2026, 23:22 DÜNYA
-
Agentliyə sədr təyin olunub
01.05.2026, 23:05 GÜNDƏM
-
Sən nə həyasız adamsan?! - Seymur Verdizadə yazır
01.05.2026, 22:03 YAZARLAR
-
Keçmiş spiker Oqtay Əsədov bu vəzifədən də getdi - İcra başçısının oğlu onun yerini tutdu (FOTOLAR)
01.05.2026, 21:54 İDMAN
-
Kənd Təsərrüfatı Nazirliyində yeni mətbuat katibi təyinatı olub
01.05.2026, 18:49 PRESS
-
İranın Ali dini lideri Körfəz ölkələrini hədələyib
01.05.2026, 18:21 DÜNYA
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - Mayın 3-dən + SİYAHI
01.05.2026, 18:06 CƏMİYYƏT
-
Aprelin 5-dəki buraxılış imtahanının nəticələri elan olunub - 8 nəfər 300 bal toplayıb
01.05.2026, 17:52 GÜNDƏM
-
Səxavət Məmmədzadə Naxçıvan Xəstəxanasının direktoru təyin olundu
01.05.2026, 17:51 CƏMİYYƏT
-
Prezidentin köməkçisindən Avropa Parlamentinin qərarına - REKASİYA
01.05.2026, 17:33 SİYASƏT
-
Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonla danışıb
01.05.2026, 17:21 SİYASƏT
-
Saleh Məmmədov getdi, Vüsal Nəsirli gəldi - Ara yerdə idmançılar maaşsız qaldı
01.05.2026, 17:16 İDMAN
-
Rəsmi Tehran ABŞ-a yeni təklif göndərdi – Pakistan vasitəsiylə
01.05.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
01.05.2026, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev ailəsi ilə şəhərdə açılışda- FOTOLAR
01.05.2026, 16:53 GÜNDƏM
-
Bankların adından kiberdələduzluq... - İki nəfər saxlanılıb
01.05.2026, 16:30 KRİMİNAL
-
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilib (Yenilənib)
01.05.2026, 16:29 PRESS
-
İngilislər “Fənərbağça”nın futbolçusuna elçi düşüb – 18 milyonluq bazarlıq davam edir
01.05.2026, 16:21 İDMAN
-
"Bu, dezinformasiyadır” - DİN xəstələrin qaçma xəbərini yalanladı
01.05.2026, 16:13 CƏMİYYƏT
-
"Onkologiya"dakı partlayışda ağır xəsarət alan həkim haqda xəbərə reaksiya: “O, ölməyib"
01.05.2026, 16:06 CƏMİYYƏT
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı
01.05.2026, 15:30 DÜNYA
-
Hikmət Hacıyev: "Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub"
01.05.2026, 15:15 SİYASƏT
-
RƏSMİ BAKI AVROPA İLƏ ƏLAQƏLƏRİNİ NİYƏ KƏSDİ? - TƏHLİL
01.05.2026, 15:10 SİYASƏT
-
Xarici diplomatlar Xankəndidə Zəfər Parkında - FOTOLAR
01.05.2026, 14:59 SİYASƏT
-
Azercell bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir
01.05.2026, 14:54 CƏMİYYƏT
-
Sabirabadda Kür çayı məcrasından çıxıb
01.05.2026, 14:45 CƏMİYYƏT
-
Türk kriminal liderin "Cəhənnəm Mələkləri": daha 780 milyonluq aktiv müsadirə olundu
01.05.2026, 14:29 KRİMİNAL
-
İstanbulda 1 May mitinqi dağıdıldı, həbslər var – FOTOLAR
01.05.2026, 14:21 SİYASƏT
-
"Yol hərəkəti haqqında" qanun dəyişdi - Prokurorluq orqanlarının maşınları ilə bağlı
01.05.2026, 14:07 CƏMİYYƏT
-
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
01.05.2026, 13:59 MƏDƏNİYYƏT