Netanyahu israillilərə səsləndi: "Səbirli olun"

img

07-08-2024 [18:51]


İran və Livanla müharibə həddinə çatan İsrailin baş nazir Benyamin Netanyahu xalqa müraciət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu bu gün İsrail ordusunun zirehli bölmələrinə aid hərbi bazaya baş çəkib və əsgərlərlə görüşüb.

O, bu görüşdə xalqa səslənib: "İsrailin həm müdafiəyə, həm də hücuma hazırdır. Qələbəyə doğru irəliləyirik. Vətəndaşların ayıq-sayıq olduğunu bilirəm və sizdən yalnız bir istəyim var: səbrinizi və soyuqqanlılığınızı qoruyun!"

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR