Yaponiyada güclü zəlzələ olub - 7,1 bal gücündə 

img

08-08-2024 [12:43]


Yaponiyada bu gün güclü zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi açıqlama verib.

Bildirilib ki, ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ 30 kilometr dərinlikdə baş verib.

Yaponiya hakimiyyəti Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı da edib.

Zəlzələdən sonra Kyuşuda sürətli qatarların hərəkəti dayandırılıb.

Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı haqda hələlik məlumat verilməyib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR