Keçmiş komitə sədri haqda şok iddia

img

08-07-2014 [17:56]


Redaksiyamızın elektron ünvanına maraqlı məlumat daxil olub. 

Belə ki, ötən il Xocalı soyqırımı ərəfəsində Azərbaycan məscidlərinin birində Həzrəti Mehdinin əsgərləri arasında ermənilərin də olacağına dair söhbət aparılıb.

Daxil olan məlumatda deyilir ki, konkret olaraq Sahil Qəsəbəsində yerləşən "Fatimeyi Zəhra” məscidinin axundu Hacı Fazil İmani bu iddia ilə çıxış edib. Hacı Fazil Həzrəti Mehdinin 313 əsgəri arasında əslən Ermənistandan olan erməninin də olduğunu iddia edib. Bu barədə öz Facebook səhifəsindən "hədis” də paylaşan axundun bunu Xocalı soyqırımı ərəfəsində etməsi insanları qəzəbləndirib.

Bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə müraciət edən vətəndaşlar isə ikinci bir şok ilə qarşılaşıblar. Belə ki, komitənin o zamankı sədri Elşad İskəndərov şiə mənbələrində belə bir hədisin mövcud olduğunu deyərək, Hacı Fazilə haqq qazandırıb.

Buna etiraz edənləri ciddi şəkildə cəzalandıran sabiq sədr Xocalı soyqırımı ərəfəsində bu hədisin ortaya çıxmasında da problem görməyib. Hətta bu barədə yazılmış şikayətləri rəsmi qeydiyyatdan sildirərək, arxivə düşməsini əngəlləyib.

Qeyd edək ki, Hacı Fazil İmani İrana simpatiyası ilə seçilən məscid axundlarından biridir. İranın Qum, Məşhəd şəhərlərinə Azərbaycan gənclərinin göndərilməsində mühüm rol oynayan axund Şeyxi qəbul etməyən şəxslərlə də münasibətini pozmur.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

azerinfo.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA