Rəsmi Moskva: "F-16-lar Ukraynanın dərdinə çarə olmayacaq"

img

01-08-2024 [15:40]


"F-16-ların Ukraynaya çatdırılması cəbhədəki dinamikaya təsir etməyəcək".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin "Qərb Ukraynaya F-16 döyüş təyyarələri göndərib. Artıq bu təyyarələr Kiyevin sərəncamındadır. Bu, müharibəyə necə təsir edəcək", - sualına cavabda deyib.

Peskov əlavə edib ki, F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi Ukrayna üçün çarə olmayacaq: "Burada heç bir sehrli həb yoxdur, hər hansı bir dərdə çarə yoxdur. Bu, Kiyev rejiminin silahlı qüvvələri üçün çarə olmayacaq, onlar bunu tezliklə görəcəklər. Bu təyyarələr döyüş meydanında peyda olduqca sayları getdikcə azalacaq, vurulacaq, yox olacaqlar".

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR